Arsenal ın daha bir oyunçusu yarımfinal matçında olmayacaq

03.02.2026

Qol.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Arsenal"ın daha bir oyunçusu yarımfinal matçında olmayacaq

İngiltərə Premyer Liqasının lideri "Arsenal"ın aparıcı futbolçusu Bukayo Sakanın yaşıl meydanlara qayıdacağı tarix müəyyənləşib.

QOL.az "The Sun"a istinadən xəbər verir ki, "Lids"lə matçın (4:0) isinmə hərəkətləri zamanı zədələnən və son anda heyətdən çıxarılan ulduz futbolçunun durumu barədə yeni məlumatlar yayılıb.

Baş məşqçi Mikel Arteta zədənin çox ciddi görünmədiyini bildirsə də, 24 yaşlı vingerin fevralın 22-də "Tottenhem"lə baş tutacaq Şimali London derbisinə qədər hazır olması hədəflənir.

Bu isə o deməkdir ki, Saka bu axşam Liqa Kubokunun yarımfinalında "Çelsi"yə qarşı cavab oyununu, həmçinin Premyer Liqada "Sanderlend", "Brentford" və İngiltərə Kubokunda "Uiqan"la görüşləri buraxacaq.

Xatırladaq ki, Sakanın yoxluğunda şans qazanan Noni Madueke "Lids"lə oyunda qol və məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, "Arsenal"ın heyətindəki digər ciddi itki Mikel Merinodur. Ayağından əməliyyat olunacaq yarımmüdafiəçi mövsümün böyük hissəsini buraxacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью