Fanat portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Arsenal"ın yarımmüdafiəçisi Tomas Parti karyerasını İspaniya nəhəngində davam etdirməyə yaxındır.
Fanat.Az xəbər verir ki, informasiyanı "The Sun" yayıb.
Məlumata görə, onun xidmətində "Barselona" maraqlıdır. "Topçular"la müqaviləsinin müddəti iyunun sonuna qədər nəzərdə tutulan qanalı futbolçunun "blauqrana" ilə danışıq apardığı bildirilib. Mənbə Kataloniya təmsilçisinin baş məşqçisi Hans-Diter Flikin azad agent qismində heyətə qatılması planlaşdırılan Partini gələcək planlarının bir parçası kimi gördüyü vurğulanıb.
Qeyd edək ki, 2020-ci ildən "Arsenal"da çıxış edən Parti geridə qalan mövsümdə 35 matça çıxaraq 4 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat