Arsenal ın keçmiş futbolçusu narkotikə görə dörd il müddətinə azadlıqdan məhrum edilib

06.06.2025

Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İngiltərənin "Arsenal" klubunun keçmiş futbolçusu Cey Emmanuel-Tomasa hökm oxunub.

Oxu.Az xəbər verir ki, bu barədə BBC agentliyi məlumat yayıb.

C. Emmanuel-Tomas narkotik maddələri idxal etməyə cəhd etdiyi üçün dörd il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Böyük Britaniya sərhədçiləri 2024-cü ilin sentyabrında onun Banqkokdan özü ilə gətirdiyi iki çamadanda təxminən 60 kiloqram narkotik tapıblar.

Sabiq futbolçu günahını etiraf edib.

Müsadirə edilən yükün dəyəri təxminən 600 min funt sterlinq (1.3 milyon dollar) olub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью