Icma.az, Oxu.az saytına istinadən bildirir.
"Arsenal" klubunun akademiyasının rəhbəri Per Mertezaker mövsümün sonunda vəzifəsindən ayrılacaq.
Oxu.Az xəbər verir ki, bu barədə İngiltərə təmsilçisi məlumat paylaşıb.
Almaniyalı mütəxəssis yeni sahələri kəşf etmək və daha da irəliləmək üçün belə qərar qəbul etdiyini vurğulayıb.
Qeyd edək ki, 41 yaşlı keçmiş futbolçu 2011-2018-ci illərdə bu komandanın formasını geyinib. P.Mertezaker 2018-ci ildən "Arsenal"da akademiya rəhbəri kimi çalışırdı.