Fanat saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Arsenal"ın ingilis yarımmüdafiəçisi Deklan Rays İngiltərə Liqa Kubokunun finalına yüksəlmələri barədə danışıb.
Fanat.Az xəbər verir ki, Rays BBC-yə açıqlamasında maraqlı etiraf edib:
"Açığı, yorğunam, çünki "Arsenal" son vaxtlar çətin bir qrafikdə çıxış edir. "Çelsi" kimi güclü rəqiblərə qarşı oynayanda çox düşünməli və çox çalışmalısan. Cavab matçında, ilk matçda olduğu kimi, hər şey tamamilə fərqli ola bilərdi".
Xatırladaq ki, Mikel Artetanın rəhbərlik etdiyi "topçular" iki oyunun nəticəsinə əsasən "Çelsi"ni 4:2 hesabı ilə üstələyərək Liqa Kubokunun finalına vəsiqə qazanıblar. Finalda onlar "Mançester Siti" ilə "Nyukasl"dan biri ilə qarşılaşacaqlar.