Arsenal ın ulduzundan Məsut Özil etirafı

19.11.2025

Icma.az, Footbal-plus saytına istinadən bildirir.

İngiltərə yığması və ''Arsenal''ın ulduzu Bukayo Saka son etirafı ilə diqqət çəkib.
"Football-plus.az" xəbər verir ki, 24 yaşlı vinger ''BBC Radio 5''ə verdiyi müsahibədə ''birlikdə oynadığın ən yaxşı futbolçu kimdi'' sualı ilə qarşılaşıb.
Saka bu suala tərəddüdsüz cavab verərək bunu deyib:

''Böyük ehtimalla Məsut Özil. Çünki həqiqətən də çox yüksək səviyyəli futbolçu idi. Məsutla oynamaqdan zövq alırdım. Onu kənardan izləməyin özü belə insana sevinc bəxş edirdi''.

Xatırladaq ki, ''Real'', ''Arsenal'' və Almaniya yığmasında forma geymiş türkəsilli futbolçu karyerasının son dönəmini Türkiyədə keçirmişdi. O, 2023-ün martında 35 yaşında karyerasını bitirmişdi.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью