Arsenal ın vunderkindi Kamilo Duranın komanda yoldaşı ola bilər

25.09.2026

Icma.az bildirir, Fanat saytına əsaslanaraq.

"Arsenal"ın 16 yaşlı futbolçusu Maks Douman digər Avropa klublarının marağını cəlb edib.

Fanat.Az xəbər verir ki, 10-dan çox klub gənc yarımmüdafiəçiyə elçi düşüb.

Türkiyəli insayder Ekrem Konur məlumatı sosial media hesabından yayıb. Mənbənin məlumatına görə, 16 yaşlı vingeri əldə etməkdə maraqlı olan və "topçular"la əlaqə saxlayaraq danışıqlar aparan klublar arasında Şotlandiya təmsilçiləri "Reyncers" və "Seltik" də var. Sabiq "Qarabağ"lı Kamilo Duranın çıxış etdiyi "Seltik" futbolçunu icarəyə götürməkdə maraqlıdır. "Arsenal" da öz növbəsində oyunçunun müntəzəm oyun təcrübəsi qazanması üçün Doumanı icarəyə verrməyə hazırdır.

"Transfermarkt" ingilis yarımmüdafiəçinin bazar dəyərini 30 milyon avro olaraq qiymətləndirir.

Mirağa

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью