Arsenal ın yarımmüdafiəçisi Borussiya ya keçir

01.09.2026

Sportal.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Arsenal"ın yarımmüdafiəçisi Etan Nvaneri karyerasını Almaniya Bundesliqasında davam etdirəcək.

Sportal.az xəbər verir ki, ingiltərəli futbolçu "Borussiya"ya keçəcək. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Dortmund təmsilçisi Nvanerini icarəyə götürəcək. "Borussiya" 19 yaşlı hücumameyilli yarımmüdafiəçinin maaşını ödəyəcək.

Qeyd edək ki, Etan Nvaneri "Arsenal"ın yetirməsidir. İngiltərə U-21 millisinin üzvü 2025/26 mövsümünün ikinci yarısında icarə əsasında "Marsel"də çıxış edib. Gənc oyunçu Fransa klubunun heyətində meydana çıxdığı 11 rəsmi matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью