Arsenal ın yarımmüdafiəçisi əməliyyat olunacaq

02.02.2026

Icma.az, sport24.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Arsenal"ın yarımmüdafiəçisi Mikel Merino sağ ayağındakı sümük zədəsi səbəbindən əməliyyat etdirəcək. Sport24.az xəbər verir ki, bu barədə klubunu mətbuat xidməti məlumat yayıb.

29 yaşlı futbolçu yaxın günlərdə əməliyyat olunacaq və daha sonra bərpa-reabilitasiya prosesinə başlayacaq. Onun uzun müddət yaşıl meydanlardan uzaq qalacağı gözlənilir, lakin mövsümün sonuna qədər tam məşqlərə qayıtması hədəflənir.

Qeyd edək ki, Mikel Merino Premyer Liqanın 23-cü turu çərçivəsində  "Mançester Yunayted"lə oyunda zədələnib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью