Arsenal ın yeni transfer hədəfi: ROMA DAN

12.06.2026

Icma.az, Apasport portalına istinadən məlumat yayır.

“Arsenal” “Roma”nın yarımmüdafiəçisi Manu Kone ilə maraqlanır.

Apasport.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.

London klubu 25 yaşlı futbolçunun transfer variantını nəzərdən keçirir. “Topçular” hələlik rəsmi təklif göndərməsə də, oyunçunun nümayəndələri ilə ilkin təmaslar qurub.

Konenin “Roma” ilə müqaviləsinin müddəti 2029-cu ilin yayına qədərdir. Fransa millisinin üzvü ilə “Aston Villa”nın da maraqlandığı bildirilir.

Qeyd edək ki, Manu Kone ötən mövsüm bütün turnirlərdə 37 matçda meydana çıxıb, 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. 

DÇ-26: HANSI OYUN, SAAT NEÇƏDƏ, HANSI KANALDA? Ev sahibi Kanada Bosniya və Herseqovinaya qarşı - YENİLƏNİR DÇ 2026: A qrupunda ilk mənzərə Meksika tribunasından gələn səs izləyiciləri bezdirdi: Səbəb bu imiş Kanada üçün ciddi itki – Alfonso Devis heyətdə olmayacaq
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью