“Arsenal” İngiltərə futbolu tarixində rekorda imza atıb

30.10.2025

Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İngiltərənin “Arsenal” klubu İngiltərə Liqa Kubokunun dördüncü turunda evdə “Brayton”u 2:0 hesabı ilə məğlub edərək, İngiltərə futbol tarixində rekorda imza atıb.

İdman.Biz bildirir ki, “Opta Sport” statistika portalının məlumatına görə, “Arsenal” İngiltərədə bir ay ərzində altı oyunda qapısını toxunulmaz saxlaya bilən yeganə komandadır.

Belə ki, “Topçular” cari ay ərzində Premyer Liqada “Kristal Pelas”ı (1-0), “Fulhem”i (1-0) və “Vest Hem”i (2-0) məğlub edib. Çempionlar Liqasında isə klub “Atletiko” Madridi (4-0) və “Olimpiakos”u (2-0), həmçinin İngiltərə Liqa Kubokunda “Brayton”u (2-0) məğlub edib.

İdman.Biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью