“Arsenal” “İnter”i məğlub edərək klub rekordunu yeniləyib | Icma.az
Icma.az bildirir, Apasport portalına istinadən. Londonun "Arsenal" klubu UEFA Çempionlar Liqasında uğurlu çıxışını davam etdirib.
“Topçular” turnirin növbəti turunda səfərdə "İnter"i 3:1 hesabı ilə məğlub ediblər.
London təmsilçisinin qollarını Qabriel Jezus (2) və Viktor Qyökereş vurub.
Apasport.az “opta”ya istinadla xəbər verir ki, bu nəticə “Arsenal” üçün Çempionlar Liqasında ardıcıl 7-ci qələbə olub və klub tarixində yeni rekord kimi qeydə alınıb.
İngiltərə klubları arasında daha uzun qələbə seriyasına yalnız "Mançester Siti" nail olub.
“Şəhərlilər” 2024-cü ildə turnirdə ardıcıl 10 oyun qazanıblar.
Qeyd edək ki, “Arsenal” yeddi turdan sonra 21 xalla ümumi turnir cədvəlinə liderlik edir.
Mikel Artetanın komandası "Real Madrid" və "Bayern Münhen"dən 6 xal irəlidədir və 1/8 final mərhələsinə birbaşa vəsiqəni təmin edib.
Tam oxu
Xəbəri oxu