“Arsenal” İspaniya millisinin oyunçusuna görə danışıqları yekunlaşdırır

25.04.2025

sport24.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Real Sosyedad"ın yarımmüdafiəçisi Martin Subimendi karyerasını İngiltərədə davam etdirə bilər. Sport24.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.

26 yaşlı ispaniyalı ilə "Arsenal" maraqlanır. Londonlular artıq danışıqları yekunlaşdırmaq üzrədir. İspanlar futbolçusuna görə qarşı tərəfdən 60 milyon avro istəyir.

Qeyd edək ki, dayaq yarımmüdafiəçi mövqeyində çıxış edən və İspaniya millisinin də formasını geyinən oyunçu cari mövsümdə bütün turnirlərdə ümumilikdə 43 oyuna çıxıb, 2 qol vurub və 2 məhsuldar ötürmə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью