Arsenal ispaniyalı müdafiəçinin transferini açıqladı

24.07.2025

Icma.az bildirir, Qol.az portalına istinadən.

"Arsenal" "Valensiya"nın mərkəz müdafiəçisi Kristian Moskeranı transfer edib.

QOL.az xəbər verir ki, bu barədə London klubunun mətbuat xidməti məlumat yayıb. 

21 yaşlı ispaniyalı futbolçu ilə uzunmüddətli müqavilə bağlandığı bildirilir.

İnsayder Fabrizio Romanonun məlumatına əsasən, "topçular" bu transfer üçün "Valensiya"ya 15 milyon avro və əlavə bonuslar ödəyəcək.

Qeyd edək ki, Kristian Moskera "Valensiya" akademiyasına 2016-cı ildə qoşulub və əsas komandanın heyətində 90 oyunda meydana çıxaraq 1 qol vurub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью