Arsenal istədi, Real da qalacaq

30.07.2026

Sportal.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Arsenal" "Real"ın cinah oyunçusu Vinisius Junior ilə müqavilə imzalaya bilməyəcək.

Sportal.az “Marca”ya istinadən xəbər verir ki, əvvəllər İngiltərə klubunun “Real”la müqavilə müddətini artırmayan və 2027-ci il iyunun 30-na qədər bu komandaya məxsus olan braziliyalı ilə anlaşmaq istədiyi bildirilirdi. 

Vinisius “Arsenal”ın yay mövsümündə əsas transfer hədəfi idi və baş məşqçi Mikel Arteta onu sərəncamında görmək istəyirdi. Lakin “Arsenal” rəhbərliyi Vinisiusun “Real”la yeni müqavilə imzalayacağını düşündüyü üçün ona müqavilə təklif etmək fikrindən daşınıb.

Ötən mövsüm braziliyalı bütün yarışlarda 53 oyunda meydana çıxıb, 22 qol vurub və 14 məhsuldar ötürmə edib. 
 

saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью