Icma.az, futbolpress-az portalına istinadən məlumat verir.
“Sportinq”in hücumçusu Viktor Qyökereş karyerasını İngiltərədə davam etdirə bilər.
Futbolpress.az xəbər verir ki, “Arsenal” isveçli futbolçunun xidmətində maraqlıdır. Bu barədə “Football İnsider” portalı məlumat yayıb. London klubu artıq hücumçu üçün danışıqlara start verib.
Qyökereş bu mövsüm “Sportinq”lə 46 oyunda 47 qol vurub.