Arsenal İtaliya millisinin hücumçusunu transfer etmək istəyir

05.01.2025

Sportal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Atalanta"nın hücumçusu Mateo Reteqi karyerasını İngiltərə Premyer Liqasında davam etdirməyə yaxındır.

Sportal.az xəbər verir ki, "Arsenal" italiyalı futbolçunu transfer etmək istəyir. Bu barədə "Tuttomercato" nəşri məlumat yayıb.

London klubu Reteqi üçün "Atalanta"ya 55 milyon avro təklif etməyə hazırlaşır. 25 yaşlı forvardla "Arsenal"la yanaşı "Aston Villa" da maraqlanır.

Qeyd edək ki, "Atalanta" Mateo Reteqini mövsümün əvvəlində "Cenoa"dan transfer edib. İtaliya millisinin üzvü A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 25 rəsmi matçda 14 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

saytlarin hazirlanmasi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью