Arsenal kamerunlu hücumçunu transfer etmək istəyir

10.11.2026

Sportal.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İngiltərənin "Arsenal" klubu hücum xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.

Sportal.az xəbər verir ki, Premyer Liqa nəhənginin əsas hədəfi "Bayer"də çıxış edən Kristian Kofanedir. Bu barədə insayder əkrəm Konur məlumat yayıb.

"Arsenal" kamerunlu forvardı qış transfer pəncərəsində heyətinə qatmağa çalışacaq. Londonun "Tottenhem" klubu da 20 yaşlı forvardla yaxından maraqlanır.

Qeyd edək ki, "Bayer" Kristian Kofaneni 2025-ci ilin yayında "Albasete"dən 5,2 milyon avroya transfer edib. Kamerun millisinin üzvü cari mövsümdə Leverkuzen təmsilçisinin heyətində meydana çıxdığı 6 rəsmi matçda 3 qol vurub.

saytlarin hazirlanmasi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью