Arsenal Karlos Forbsu heyətinə qatmağı planlaşdırır

28.11.2026

Icma.az bildirir, sport24.az saytına əsaslanaraq.

"Arsenal" 2027-ci ilin yayında "Brügge"in portuqaliyalı oyunçusu Karlos Forbsu heyətinə qatmağı planlaşdırır. Sport24.az xəbər verir ki, bu barədə "Football Insider" məlumat yayıb. 

Belçika klubu 22 yaşlı futbolçunun bu qış transfer bazarına çıxarılmayacağını açıq şəkildə bildirib, lakin yayda vəziyyət dəyişə bilər.

Ötən yay "Brügge"dən Xristos Tsolisi transfer edəndən sonra London klubunun Belçika təmsilçisi ilə isti əlaqələri yaranıb. İngilislər bundan istifadə edərək, Forbsun keçidini reallaşdırmağı hədəfləyir.

Qeyd edək ki, portuqaliyalı futbolçu cari mövsümdə bütün turnirlərdə 17 oyuna çıxıb, 5 qol vurub və 7 məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir. 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью