“Arsenal” klubu 60 a yaxın iş yerini ixtisar etməyi planlaşdırır

14.10.2026

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 14 oktyabr, AZƏRTAC

İngiltərənin “Arsenal” klubu xərclərin optimallaşdırılması çərçivəsində təxminən 60 iş yerini ixtisar etməyi planlaşdırır.

AZƏRTAC “The Athletic” nəşrinə istinadən xəbər verir ki, klub rəhbərliyi planlaşdırılan ixtisarlarla bağlı artıq əməkdaşları məlumatlandırıb. Dəyişikliklər bir neçə struktur bölməsini əhatə edəcək. Bununla belə, kişi və qadın komandalarının məşqçilər heyəti, fiziki hazırlıq və komandaların fəaliyyətinin təminatı üzrə mütəxəssislər, təhlükəsizlik xidməti əməkdaşları, xeyriyyə fondunun işçiləri, eləcə də qadın komandası ilə birbaşa çalışan digər əməkdaşlar ixtisarlardan kənarda qalacaqlar.

Hazırda məsələ ilə bağlı məsləhətləşmələr aparılır. Buna görə də yekun qərarın dəyişməsi mümkündür.

İxtisar planı “Arsenal”ın İngiltərə Premyer Liqasında çempionluq qazanmasından və UEFA Çempionlar Liqasının finalına yüksəlməsindən bir neçə ay sonra gündəmə gəlib. London klubu 2024/2025-ci maliyyə ilinin yekunlarına əsasən, 691 milyon funt sterlinq həcmində rekord gəlir əldə etdiyini açıqlasa da, hesabat dövrünü 1,4 milyon funt sterlinq zərərlə başa vurub.

Xatırladaq ki, “Arsenal” 2020-ci ildə COVID-19 pandemiyası ilə əlaqədar maliyyə çətinlikləri fonunda 55 əməkdaşını ixtisar etmişdi.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью