Arsenal klubu dörd hücumçu ilə maraqlanır

08.02.2025

Icma.az, Report.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İngiltərənin "Arsenal" klubu yayda heyətini yeni hücumçu ilə gücləndirmək niyyətindədir.

"Report" "TEAMtalk" nəşrinə istinadən xəbər verir ki, London təmsilçisi dörd forvardla maraqlanır.

Bunlar hazırda "Vest Hem"də çıxış edən Evan Ferqyuson, "Nyukasl"dan Aleksandr İsak, Braziliyanın "Botafoqo" komandasından İqor Jezus və Almaniyanın "Leyptsiq" klubundan Benyamin Şeşkodur.

Qeyd edək ki, "Arsenal" hələlik İngiltərə Premyer Liqasında 50 xalla ikinci pillədə qərarlaşıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью