Icma.az, Fanat portalına istinadən məlumatı açıqlayır.
"Arsenal" heyətini təcrübəli müdafiəçi ilə gücləndirib.
Fanat.Az David Ornşteynə istinadən xəbər verir ki, Ezri Konsa "Aston Villa"dan "Arsenal"a transferini tamamlayaraq London klubunun futbolçusu olub.
"Topçular" 28 yaşlı İngiltərə millisinin üzvü üçün 51 milyon funt-sterlinq zəmanətli ödəniş və 4 milyon funt-sterlinq bonus ödəyəcək.
Dünən tibbi müayinədən uğurla keçən futbolçu yeni klubu ilə 4 illik rəsmi müqaviləyə imza atıb.
Transferin yaxın saatlarda klub tərəfindən rəsmən elan edilməsi gözlənilir.