Icma.az, Apasport saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İngiltərə Premyer Liqası təmsilçilərindən "Arsenal" yayda heyətini gücləndirməyi planlaşdırır.
Apasport.az xəbər verir ki, London klubu "Leypsiq"də çıxış edən Benjamin Şeşkonu transfer etmək istəyir.
Bu barədə "El Nacional" məlumat yayıb.
"Topçular"ın baş məşqçisi Mikel Arteta slovakiyalı hücumçunu komandasında görmək istəyir.
Xatırladaq ki, "Leypziq" Benjamin Şeşkonu 2023-cü ilin yayında "Zalzburq"dan transfer edib.
Qeyd esək ki, Slovakiya millisinin üzvü bu mövsüm Bundesliqa təmsilçisinin heyətində meydana çıxdığı 40 rəsmi matçda 19 qol, 6 məhsuldar ötürmə ilə yadda qalıb.
"Qalatasaray" UEFA Çempionlar Liqasını təmin edib "Lill"in hücumçusu İtaliya yolunda "Yuventus" heyətini "Yunayted"in forvardı ilə gücləndirmək istəyir "Qarabağ" - "Neftçi" matçının biletləri satışda Matçdan sonra gərginlik: Azarkeş Burak Yılmazı əsəbiləşdirdi - VİDEO