Icma.az bildirir, futbolpress-az saytına əsaslanaraq.
Futbol üzrə İngiltərə Premyer Liqasının XXXVI turu çərçivəsində “Arsenal” səfərdə “Vesthem” ilə üz-üzə gəlib.
Futbolpress.az xəbər verir ki, oyun “topçular”ın minimal hesablı qələbəsi ilə yekunlaşıb.
Matçda yeganə qol 83-cü dəqiqədə vurulub. “Arsenal”ın belçikalı futbolçusu Leandro Trossar fərqlənərək komandasına vacib üç xal qazandırıb.
Qarşılaşmanın əlavə vaxtında “Vesthem” hesabı bərabərləşdirsə də, qol qeydə alınmayıb.
Bu, “Arsenal”ın Premyer Liqada ardıcıl üçüncü qələbəsi olub. Mikel Artetanın komandası çempionatın başa çatmasına iki tur qalmış xalını 79-a çatdırıb. London klubu ikinci pillədə qərarlaşan “Mançester Siti”ni beş xal qabaqlayır. “Şəhərlilər”in isə ehtiyatda bir oyunu var.
Aktivində 36 xalı olan “Vesthem” turnir cədvəlində 18-ci pillədə yer alıb və hələ dəPremyer Liqanı tərk etmək təhlükəsi ilə üz-üzədi.