“Arsenal” “Liverpul”u məğlub etdi Haverts tarixə düşdü

01.11.2026

Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.

İngiltərə Premyer Liqasının 9-cu turunda “Arsenal” səfərdə “Liverpul”u 1:0 hesabı ilə məğlub edib.

“Qafqazinfo” xəbər verir ki, “Enfild” stadionunda keçirilən görüşün yeganə qolunu ilk hissədə Kay Haverts vurub.

Bu qolla Premyer Liqada ümumi qol sayını 46-ya çatdıran Haverts çempionat tarixində ən çox fərqlənən almaniyalı futbolçu olub. O, “Mançester Siti”nin heyətində 45 qol vuran İlkay Gündoğanın rekordunu geridə qoyub.

Qeyd edək ki, bu qələbə “Arsenal”ın Premyer Liqada ardıcıl dördüncü uğuru olub. London təmsilçisi 9 turdan sonra 24 xalla turnir cədvəlinə başçılıq edir. “Liverpul” isə 15 xalla beşinci pillədə qərarlaşıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью