Arsenal Madridin gənc istedadını izləyir | Icma.az
Icma.az, Fanat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Londonun "Arsenal" klubu transfer siyasətinə uyğun olaraq Avropanın ən perspektivli gənclərini heyətinə qatmağa davam edir.
Fanat.Az xəbər verir ki, "topçular"ın növbəti hədəfi "Real Madrid"in 19 yaşlı müdafiəçisi Viktor Valdepenyasdır.
"Sun Sport"un məlumatına görə, London klubunun skautları gənc oyunçunun debüt matçından bəri onun hər addımını yaxından təqib edirlər.
Valdepenyas ötən ay "Alaves"ə qarşı keçirilən La Liqa qarşılaşmasında ilk dəfə əsas komandada meydana çıxaraq etibarlı oyun nümayiş etdirib.
Universallığı ilə seçilən futbolçu həm mərkəz müdafiəçisi, həm də sağ cinah müdafiəçisi mövqelərində eyni effektivliklə çıxış edə bilir.
Cari mövsümdə "Real"ın gənclər komandasında keçirdiyi oyunlarda göstərdiyi 88% ötürmə dəqiqliyi onun texniki hazırlığının yüksək olduğunu sübut edir.
Bir çox Avropa nəhənginin də maraq dairəsində olan oyunçu üçün "Arsenal"ın rəsmi təklif hazırladığı vurğulanır.
Tam oxu
Xəbəri oxu