Icma.az, Sportal.az saytına istinadən bildirir.
"Mançester Siti"nin kapitanı Bernardo Silva hesab edir ki, "Arsenal"ın Premyer Liqada xal itirməsi “şəhərlilər”ə çempionluq uğrunda mübarizə aparmaq imkanı verəcək.
Sportal.az xəbər verir ki, hazırda “topçular” turnir cədvəlinə 50 xalla liderlik edir, “Mançester Siti” isə 46 xalla ikinci pillədə qərarlaşıb.
"Bu yaxınlarda demişdim ki, hər iki komanda onsuz da xal itirəcək. Amma təəssüf ki, ili mənfi notlarla başladıq, çünki emosional üstünlük qazana bilərdik, lakin bunu bacarmadıq.
Sonra isə "Arsenal" bizdən daha da uzaqlaşa bilərdilər, amma bunu edə bilmədilər. Beləliklə, bizə bir az ümid bəxş etdilər.
Mənim İngiltərədə oynadığım müddətdə “Liverpul” iki dəfə çempion olub, biz isə altı dəfə. Ona görə də “Arsenal”ın liqanı qazandığını heç vaxt görməmişəm. Amma həqiqət budur ki, hazırda onlar bizdən daha yaxşı mövqedədirlər.
Qarşıda hələ çox oyun var və hər mövsüm əvvəlkindən fərqlənir. Şübhəsiz ki, Premyer Liqada qələbə uğrunda mübarizə aparmaq üçün hələ də ümidimiz və ambisiyalarımız var."– deyə Bernardo Silva bildirib.
saytlarin hazirlanmasi