Arsenal Mançester Sitini darmadağın etdi

02.02.2025

Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.

İngiltərə Futbol Çempionatının 24-cü turunda "Arsenal" futbol klubu doğma meydanında "Mançester Siti"ni 5:1 hesabı ilə məğlub edib.

Bakıvaxtı.az-ın məlumatına görə, qalib komandanın heyətində qolları Martin Odeqard (2-ci dəqiqə), Tomas Parti (56), Mayls Lyuis-Skelli (62), Kay Havertz (76) və Ethan Nvaneri (90+3) vurublar. "Mançester Siti"nin heyətində Erlinq Holand fərqlənib.

"Arsenal" İngiltərə Premyer Liqasında məğlubiyyətsizlik seriyasını 14 matça çatdırıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью