Arsenal Martin Zubimendi üçün 50 milyon funtsterlinq təklif etdi

26.11.2024

Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İngiltərənin "Arsenal" klubu "Real Sosyedad"ın yarımmüdafiəçisi Martin Zubimendi üçün 50 milyon funt-sterlinq təklif edib.

Oxu.Az "Caughtoffside"yə istinadən xəbər verir ki, "Real Sosyedad" klubu isə "Arsenal"dan minimum 60 milyon funt-sterlinq tələb edib.

"Topçular" təcrübəli yarımmüdafiəçi üçün 60 milyon funt-sterlinq ehtimalını düşünəcəklərini bildiriblər.

Qeyd edək ki, Martin Zubimendi bu mövsüm "Real Sosyedad" forması ilə çıxdığı 17 oyunda bir qol, iki məhsuldar ötürmə ilə yadda qalıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью