Arsenal Nikonun meneceri ilə danışıqlara başladı

02.04.2025

Icma.az, Sportal.az saytına istinadən bildirir.

"Atletik"in futbolçusu Niko Uilyams karyerasını İngiltərə Premyer Liqasında davam etdirməyə yaxındır.

Sportal.az xəbər verir ki, "Arsenal" ispaniyalı vinger üçün hərəkətə keçib. Bu barədə "Foot Mercato" nəşri məlumat yayıb.

London klubunun idman direktoru Andrea Berta Nikonun meneceri ilə görüşüb. "Arsenal" 22 yaşlı futbolçunun transferi üçün onun klubu ilə danışıqlara başlayacaq.

Qeyd edək ki, Niko Uilyams bu mövsüm "Atletik"in heyətində meydana çıxdığı 38 rəsmi matçda 9 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью