“Arsenal” onların müqaviləsini yeniləyir

18.11.2026

Qol.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Arsenal” onların müqaviləsini yeniləyir

“Arsenal” heyətindəki əsas futbolçuları uzunmüddətli müqavilələrlə komandada saxlamağa hazırlaşır.

QOL.az xəbər verir ki, bu barədə “The Touchline” məlumat yayıb. London klubunun Deklan Rays, David Raya və Yurien Timberlə yeni sözləşmələr imzalayacağı bildirilir.

Məlumata görə, Raysla 2031-ci ilə qədər müqavilə imzalanacaq. Raya ilə 2030-cu ilə qədər yeni sözləşmə barədə prinsipial razılıq əldə olunub. Timber də klubla müqaviləsini uzadacaq.

Qeyd edək ki, 27 yaşlı Rays bu mövsüm 15 matçda 1 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. 31 yaşlı Raya 15 görüşdə 8 qol buraxıb, 10 matçda qapısını toxunulmaz saxlayıb. 25 yaşlı Timber isə 10 oyunda 1 qol vurub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью