Arsenal onu hədəfə aldı

27.06.2026

Qol.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Arsenal" onu hədəfə aldı

"Nyukasl"ın italiyalı yarımmüdafiəçisi Sandro Tonali "Arsenal"ın transfer hədəfinə düşüb.

QOL.az xəbər verir ki, "TEAMtalk" nəşrinin məlumatına görə, "topçular" klubun reaksiyasını öyrənmək üçün yaxın vaxtlarda Tonali üçün təxminən 93 milyon avroluq təklif göndərməyə hazırlaşır. Bildirilir ki, "Nyukasl" futbolçunu komandada saxlamaq istəsə də, "Arsenal" onu yay transfer pəncərəsi üçün əsas hədəf elan edib.

Qeyd edək ki, 25 yaşlı yarımmüdafiəçi ötən mövsüm bütün turnirlərdə 53 matça çıxıb, 3 qol vurub və 7 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 2028-ci ilə qədər nəzərdə tutulub. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью