“Arsenal” Premyer Liqa futbolçularını hədəfə aldı

19.09.2026

Qol.az saytından alınan məlumata görə, Icma.az bildirir.

“Arsenal” Premyer Liqa futbolçularını hədəfə aldı

“Arsenal” hücum xəttini iki gənc futbolçu ilə gücləndirməyi planlaşdırır.

QOL.az xəbər verir ki, “Football London”un məlumatına görə, “topçular” “Bornmut”un 20 yaşlı hücumçusu Eli Junior Krupi və “Brentford”un 24 yaşlı vingeri Kevin Şadeni transfer etməyi hədəfləyir.

Jurnalist Devid Ornşteyn daha əvvəl “Bornmut”un Krupin üçün 115 milyon avroluq təkliflərə hazır olduğunu yazıb.

Şadeyə gəlincə, “Football Transfers”in məlumatına görə, “Brentford” futbolçunu yalnız klub tarixinin rekord məbləğinə satmağa razı olacaq. Bu halda “Arsenal”ın 75 milyon avrodan çox ödəməli olacağı bildirilir.

Qeyd edək ki, Şade bu mövsüm bütün turnirlərdə 6 oyunda 3 qol vurub. Krupi isə hələ meydana çıxmayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью