Arsenal Premyer Liqada yeni rekord müəyyənləşdirib

22.12.2024

Icma.az, Report.az saytına istinadən bildirir.

İngiltərənin "Arsenal" klubu Premyer Liqada yeni rekord müəyyənləşdirib.

"Report"un xarici mətbuata istinadən məlumatına görə, "topçular" buna XVII turda "Kristal Pelas"ı 5:1 hesabı ilə məğlub etməklə nail olub.

2024-cü ildə Mikel Artetanın baş məşqçisi olduğu kollektiv bütün yarışlarda altı səfər matçında 5 və daha çox qol vurub.

Bu, bir təqvim ilində Premyer Liqa klubları üçün rekorddur.

Qeyd edək ki, London təmsilçisi hazırda 33 xalla üçüncü pillədə qərarlaşıb.

Bizim Telegram kanalımıza abunə olun

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью