Redaktor.az saytına istinadən Icma.az xəbər verir.
İngiltərə Premyer Liqasının doqquzuncu turunda “Arsenal” səfərdə “Liverpul”u 1:0 hesabı ilə məğlub edib.
Redaktor.az xəbər verir ki, “Enfild” stadionunda keçirilən görüşdə yeganə qolu 16-cı dəqiqədə Kai Haverts vurub.
Bu qələbə ilə “Arsenal” 24 xalla turnir cədvəlinin vahid lideri olub. 21 xalı olan “Mançester Siti” ikinci, 15 xalla “Liverpul” isə beşinci pillədə qərarlaşıb.
Qeyd edək ki, “Arsenal” 2012-ci ildən sonra ilk dəfə Premyer Liqa çərçivəsində “Enfild”də qələbə qazanıb. London təmsilçisi növbəti oyununu noyabrın 7-də “Hall Siti”yə, “Liverpul” isə noyabrın 8-də “Kristal Pelas”a qarşı keçirəcək.