Arsenal PSJ nin futbolçusunu transfer etməkdə maraqlıdır

22.06.2025

Bakivaxti saytına istinadən Icma.az xəbər verir.

İngiltərə Premyer Liqası təmsilçisi "Arsenal" Fransanın PSJ klubunun yarımmüdafiəçisi Zair Emrini transfer etməkdə maraqlıdır.

Bakıvaxtı.az "Fichajes" nəşrinə istinadən xəbər verir ki, Paris kollektivi "topçular"dan gələ biləcək sərfəli təklifə müsbət yanaşır.

London təmsilçisinin baş məşqçisi Mikel Arteta müxtəlif mövqelərdə oynaya bilən 19 yaşlı futbolçunun xidmətində maraqlıdır.

Xatırladaq ki, Zair Emri ötən mövsüm PSJ-nin heyətində 50 matçda 3 qol vurub və 2 məhsuldar ötürmə edib. Onun hazırkı müqavilə müddəti 2029-cu ilin yayına qədərdir.

"Transfermarkt" portalı futbolçunun transfer dəyərini 55 milyon avro qiymətləndirir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью