Arsenal Qabriel Jesusun qiymətini 20 milyon funta endirdi

21.07.2026

Fanat portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İngiltərənin "Arsenal" klubu braziliyalı hücumçusu Qabriel Jesus üçün tələb etdiyi transfer haqqını 20 milyon funt-sterlinqə qədər endirib.

Fanat.Az "365scores" nəşrinə istinadən xəbər verir ki, təcrübəli forvardı heyətinə qatmaq üçün İtaliya nəhəngi "Milan" yarışda ön sıradadır.

London təmsilçisi ilə müqaviləsinin bitməsinə 1 il qalan Jesusun satışına yaşıl işıq yandırılıb.

Tərəflər arasında transfer haqqının yekun detalları üzrə danışıqlar davam edir.

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью