“Arsenal” “Qalatasaray”a rəqib oldu İdmanXəbər

16.01.2025

Idmanxeber.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Arsenal” heyətini yeni hücumçu ilə gücləndirmək niyyətindədi.

İdmanxeber.az-ın məlumatına görə, London klubu “Marsel”də çıxış edən Elye Vaini transfer etmək istəyir.

“Arsenal” qarşıdakı günlərdə fransalı forvard üçün onun klubuna təklif göndərəcək. 22 yaşlı futbolçu ilə “Qalatasaray” da yaxından maraqlanır.

Fransa millisinin üzvü cari mövsüm  14 rəsmi matçda 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью