“Arsenal” qış transferləri üçün dörd namizəd müəyyənləşdirib

11.11.2026

Icma.az bildirir, Idman.biz portalına istinadən.

“Arsenal” qış transfer pəncərəsində cinah hücumçusu ilə heyətini gücləndirmək istəyir.

İdman.Biz “The Independent” nəşrinə istinadən xəbər verir ki, London klubunun əsas seçimi “Bornmut”da çıxış edən 20 yaşlı Eli Krupidir.

Lakin “Bornmut”un fransalı futbolçunu gələn yaydan əvvəl satmağa razılıq verməsi az ehtimal olunur.

“Arsenal” alternativ variantları da nəzərdən keçirir. Siyahıda Madrid “Atletiko”sundan Aleks Baena, “Real Madrid”dən Endrik və “RB Leypsiq”dən Antonio Nusa yer alıb.

London klubunun yeni transferləri böyük ehtimalla futbolçu satışlarından asılı olacaq. Bu səbəbdən Martin Subimendi komandanı tərk edə bilər. İspaniyalı yarımmüdafiəçi ilə “Real Madrid”, “Atletiko” və “Çelsi” maraqlanır.

İdman.Biz
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью