Arsenal qışda 70 milyonluq hücumçunu transfer edə bilər

03.11.2026

Icma.az, sport24.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Arsenal" "Bornmut"un hücumçusu Eli Junior Krupini heyətinə qatmaqda maraqlıdır. Sport24.az xəbər verir ki, bu barədə "The Mirror" nəşri məlumat yayıb.

"Bornmut" 20 yaşlı fransız futbolçunu qış "transfer pəncərəsi" dövründə satmaq niyyətində olmasa da, "topçular"ın baş məşqçisi Mikel Arteta yüksək Krupinin keçidində israrlıdır. London klubu Premyer Liqadakı çempionluğunu qorumağı və Çempionlar Liqasını qazanmağı hədəfləyir.

PSJ və "Bavariya"nın da fransız futbolçunu yaxından izlədiyi bildirilir.

Qeyd edək ki, Krupi 2025-ci ilin fevralından "Bornmut"un formasını geyinir. Onun İngilis klubu ilə hazırkı müqaviləsi 2030-cu il iyununda başa çatır. Hücumçu cari mövsümdə meydana çıxdığı 3 oyunda 1 məhsuldar ötürmə ilə yadda qalıb.

"Transfermarkt" Krupinin dəyərini 70 milyon avro olaraq qiymətləndirir.

Baş məşqçi ; belə ki,

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью