“Arsenal” rekord gəlir əldə etdi

20.02.2025

Sfera.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.


İngiltərənin “Arsenal” futbol klubu ötən il rekord miqdarda gəlir əldə edib. 

Sfera.az xəbər verir ki, klub bir ildə 616,6 milyon funt sterlinq (1,32 milyard manat) gəlirə sahib olub. 2023-cü illə müqayisədə klubun gəliri 150 milyon funt sterlinq artaraq rekord həddə çatıb. 

Ötən il klub gəlirin 52,4 milyon funt sterlinqini  oyunçu satışlarından əldə edib. UEFA Çempionlar Liqasının 2023-2024 mövsümündə 1/4 finala yüksələn klubun buna görə 71,1 milyon funt-sterlinq gəlir əldə etdiyi bildirilib. Klubun xərclərində isə əsas paya komanda və klub işçilərinin maaşları sahibdir. Bir ildə maaşla bağlı xərclər 234,8 milyon funt sterlinqdən 327,8 milyon funt sterlinqə yüksəlib. 

Belə yüksək gəlirə baxmayaraq “Arsenal”  xalis mənfəət əldə edə bilməyib, əksinə zərərə uğrayıb. Klubun xalis zərəri 17,7 milyon funt sterlinq olub.

Vasif
 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью