Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
İngiltərənin “Arsenal” futbol klubunun hücumçusu Ris Nelson komandadan ayrılıb.
İdman.Biz BBC Sport-a istinadən xəbər verir ki, tərəflər müqaviləyə vaxtından əvvəl xitam verilməsi barədə razılığa gəliblər.
“Arsenal”ın yetirməsi olan 26 yaşlı futbolçunun London klubu ilə müqaviləsi 2027-ci ilə qədər nəzərdə tutulmuşdu. Anlaşmada müqavilənin müddətini 2028-ci ilə qədər uzatmaq imkanı da yer alırdı.
Qeyd edək ki, Nelson 2007-ci ildən “Arsenal”ın sistemində idi. O, London təmsilçisi ilə İngiltərə Kubokunu və iki dəfə İngiltərə Superkubokunu qazanıb.