Arsenal Rodriqo transferi üçün hərəkətə keçdi

16.09.2026

Icma.az, Fanat saytına istinadən bildirir.

Londonun "Arsenal" klubu "Real Madrid"in hücumçusu Rodriqoya olan marağını yenidən bərpa edib.

Fanat.Az "TEAMtalk"a istinadən xəbər verir ki, "topçular" braziliyalı futbolçunun nümayəndələri ilə təmasları intensivləşdirib.

London təmsilçisi çarpaz bağ zədəsindən sonra bərpa prosesi keçən 25 yaşlı vingerin fiziki vəziyyətini diqqətlə izləyir. "Kral klubu" ilə müqaviləsi 2028-ci ilə qədər olan oyunçunun komandadakı gələcəyi sual altına düşüb.

Bu vəziyyətdən yararlanmaq istəyən "Arsenal" artıq yanvar transfer pəncərəsində ulduz futbolçunu Şimali Londona gətirmək üçün rəsmi cəhd edə bilər.

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью