Arsenal son nöqtəni qoydu

28.05.2025

Icma.az, Qol.az portalına istinadən məlumat verir.

"Arsenal" heyətinə yeni futbolçu qatıb.

QOL.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

London təmsilçisi "Real Sosyedad"dan Martin Subimendini transfer edib. 26 yaşlı yarımmüdafiəçi sabah tibbi müayinədən keçəcək və onunla müqavilə imzalanacaq.

"Arsenal" bu transferə görə "Real Sosyedad"a 51 milyon avro ödəyəcək.

Qeyd edək ki, Subimendi La Liqanın başa çatan mövsümündə 36 matça çıxıb, 2 qol vurub və 2 qolun ötürməsini verib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью