Arsenal tam razılıq əldə etdi

29.06.2025

Qol.az saytına istinadən Icma.az xəbər verir.

"Arsenal" "Valensiya"nın futbolçusu Kristyan Moskera ilə razılıq əldə edib. 

QOL.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. 

20 yaşlı mərkəz müdafiəçi London klubunun təqdim etdiyi şərtlərə tam razıdır. Hazırda klublar arasında danışıqlar gedir. 

Bildirilir ki, "Arsenal" ispaniyalı oyunçu üçün "Valensiya"ya 14 milyon avro təklif edib. Lakin İspaniya klubu buna razı olmayıb. Hazırda "topçular" keçidi 20 milyon avro məbləğə yekunlaşdırmaq niyyətindədirlər. 

Qeyd edək ki, Kristyan Moskera ötən mövsüm La Liqada 37 matçda iştirak edib və 1 qol vurub. O, həmçinin İspaniyanın U-21 millisi ilə Avropa çempionatının 1/4 finalına qədər irəliləmişdi.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью