Arsenal tarixi rekorda imza atdı

22.12.2024

Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Londonun "Arsenal" klubu Premyer Liqanın 17-ci turunun matçında səfərdə "Kristal Pelas"ı 5:1 hesabı ilə məğlub edib.

Oxu.Az championat.com-a istinadən xəbər verir ki, səfər matçı topçuların 2024-cü ildəki bütün yarışlarda beş və ya daha çox qol vurduğu altıncı oyun olub.

Bu, İngiltərə elit divizionu klubları arasında bir təqvim ili ərzində tarixin ən yaxşı nəticəsidir.

Qeyd edək ki, "topçular" noyabrın 6-da Çempionlar Liqası matçında səfərdə "İnter"ə 0:1 hesabı ilə uduzduqları vaxtdan indiyədək məğlub olmayıblar.

Növbəti matçda Mikel Artetanın komandası dekabrın 27-də doğma meydanda "İpsviç"i qəbul edəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью