futbolpress-az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Arsenal” Çempionlar Liqasının VII turunda səfərdə “İnter”i məğlub edib.
Futbolpress.az xəbər verir ki, görüş “topçular”ın 3:1 hesablı qələbəsiylə başa çatıb.
“Arsenal” Liqa mərhələsində itkisiz yoluna davam edir. London klubu tarixində ilk dəfə Çempionlar Liqasında ardıcıl 7 qələbə qazanıb.
İngiltərə komandaları arasında qələbə seriyası rekordu “Mançester Siti”yə məxsusdur. “Şəhərlilər” turnirdə ardıcıl 10 oyunda qalib gəlib.