Arsenal taxtdan düşdü Yeni lider: Mançester Siti

23.04.2026

Apasport saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İngiltərə Premyer Liqasında XXXIV turun oyunları keçirilir.

Apasport.az xəbər verir ki, ikinci oyun günündə 2 qarşılaşma baş tutub.

"Bornmut" doğma meydanda "Lids Yunayted"i qəbul edib. Görüş ev sahiblərinin 2:1-lik qələbəsi ilə nəticələnib.

Çempionluğa yaxından təsir edəcək digər matçda "Mançester Siti" "Bernli" səfərinə yollanıb.

Matçın taleyini 1 qol həll edib. Haaland 5-ci dəqiqədə vurduğu qolla "şəhərlilər"ə vacib 3 xal qazandırıb.

Beləliklə, Premyer Liqada aylar sonra lider dəyişib. "Arsenal" 2-ci pilləyə yuvarlanıb, "Siti" ilk pilləyə yüksəlib.

Hər iki komandanın aktivində 70 xal olsa da, ümumi göstəricilərdə Mançester təmsilçisi rəqibini qabaqlayır. 

Rafael Markez Meksika millisində - RƏSMİ Günün canlı yayımlanacaq matçları - TV AFİŞA İngiltərə çempionu III LİQADA! Ardadan assist, Mbappedən qol, "Real"dan 3 xal Fransa kuboku: "Lans" finalda!
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью