Arsenal Tottenhem ə 4 qolla qalib gəldi

24.11.2025

Qol.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Arsenal" "Tottenhem"ə 4 qolla qalib gəldi

İngiltərə Premyer Liqasının 12-ci turunda “Arsenal” doğma meydanda əzəli rəqibi “Tottenhem”i qəbul edib.

QOL.az xəbər verir ki, London derbisi “topçular”ın 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. Meydan sahiblərinin heyətində Ebereçi Eze het-trik (41, 46, 76) edib, digər qolu isə Leandro Trossard (36) vurub. Qonaqların yeganə qoluna 55-ci dəqiqədə meydanın mərkəzindən fərqlənən Rişarlison imza atıb.

Qeyd edək ki, bu qələbədən sonra xallarını 29-a çatdıran “Arsenal” turnir cədvəlinə başçılıq edir. 18 xalı olan “Tottenhem” isə 9-cu pillədə qərarlaşıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью