Arsenal transfer bombasını partladır

01.06.2026

Fanat portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İngiltərə Premyer Liqasında çempionluq sevinci yaşayan "Arsenal"ın baş məşqçisi Mikel Arteta, əldə olunan bu tarixi uğurun ardını gətirmək üçün heyəti gücləndirməyi hədəfləyir.

Fanat.Az "Mirror Football" nəşrinə istinadən xəbər verir ki, londonlular "Aston Villa"nın ingiltərəli istedadlı hücumçusu Morqan Rocersin transferini gündəminə gətirib.

Topla sürətli irəliləmək və hücumları idarə etmək bacarığı ilə Avropanın ən çox axtarılan gənc istedadlarından birinə çevrilən 23 yaşlı oyunçu Artetanın xüsusi bəyəndiyi adlar sırasındadır.

Lakin bu transfer yarışında çempionun çox ciddi bir rəqibi var; belə ki, Çempionlar Liqasının son qalibi olan Fransa nəhəngi "Paris Sen-Jermen" də gənc ulduzu heyətinə qatmaq üçün rəsmi danışıqlara başlamağa hazırlaşır.

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью